Fender Stratocaster
Görünüş
| Fender Stratocaster | |
|---|---|
| | |
| Təsnifat | simli musiqi aləti |
| Əlaqəli alətlər |
Elektrogitara Bas-gitara |
| Mənşə ölkəsi | ABŞ |
Fender Stratocaster və ya Strat — Elektrogitara ailəsinə aid simli musiqi aləti. Fender şirkətinin məhsulu. Bu 1954-cü ildə Corc Fullerton, Leo Fender və Freddi Tavares tərəfindən hazırlanmış və bu gün də istehsalda olan məşhur elektrik gitara modelidir. Stratocaster bir çox gitaraçı tərəfindən istifadə edilmişdir və bir çox tarixi səsyazmalarda eşidilə bilər. Gibson Les Paul, Gibson SG və Fender Telecaster ilə yanaşı, dünyanın ən məşhur və geniş yayılmış elektrik gitara modellərindən biridir.[1]
Stratocaster geniş şəkildə kopyalanmışdır və istehsalçısından asılı olmayaraq eyni texniki xüsusiyyətlərə malik istənilən gitaraya aid etmək üçün "Stratocaster" və ya "Strat" adından istifadə edilməyə başlanılmışdır.[2][3][4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Welch, Andy. "'With a Strat you can rule the world!' Nile Rodgers, Bonnie Raitt and John Squire on the electric guitar that changed everything". The Guardian. 10 aprel 2024. İstifadə tarixi: 10 aprel 2024.
- ↑ Sullivan, James. "20 Iconic Guitars". Rolling Stone (ingilis). 16 noyabr 2019. 14 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2022.