Məzmuna keç

Lemuriya

Vikipediya, azad ensiklopediya

LemuriyaHind okeanında mövcud olmuş mifik adadır. "Lemuriya" adasının adı Madaqaskar adasında yaşayan və başqa heç bir yerdə rast gəlinməyən primat dəstəsinin nümayəndəsi olan lemurlardan götürülüb.[1] Məhz bu fərziyyədən Madaqaskar adasının əvvəllər Lemuriyanın bir hissəsi olduğu iddia edilir. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni 1864-cü ildə ingilis zooloqu Filip Latli Skleyter irəli sürmüşdür. Onun fərziyyəsinə görə, bu adada insan ilə meymun arasında təkamül prosesi baş vermişdir.[2]

  1. "Где находится Лемурия?". 16 fevral 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2014.
  2. Morelle, Rebecca. "BBC News - Fragments of ancient continent buried under Indian Ocean". BBC.co.uk. 25 fevral 2013. 15 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2013.